Ukrayna müdafiəni dayandırmayacaq – Zelenski

Ukrayna müdafiə olunmağı dayandırmayacaq.

Trend-in
məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski yeni
videomüraciətində deyib.

O, ölkə vətəndaşlarını “feyk” məlumatlara inanmamağa
çağırıb.

“İndi internetdə çoxlu feyklər yayılır, guya mən ordunu silahı
yerə qoymağa çağırıram və təxliyə aparılır. Mən buradayam. Silahlar
yerə qoyulmur. Biz dövlətimizi müdafiə edirik. Bu bizim torpağımız,
ölkəmiz, uşaqlarımızdır. Biz bütün bunları müdafiə edəcəyilk”, –
deyə V.Zelenski bildirib.

Eyni zamanda Ukrayna prezident ofisi rəhbərinin müşaviri Mixail
Podolyak bildirib ki, Rusiya ilə hərbi əməliyyatların
dayandırılması ilə bağlı danışqlarda şərtləri Kiyev diqtə
edəcək.