Ukrayna Moldova ilə sərhəddə xəndəklər qazır

Ukrayna Moldova ilə sərhəddə xəndəklər qazır

Ukrayna nümayəndələri Moldova ilə sərhəddə xəndəklər qazırlar.

AzerTimes xəbər verir ki, bu barədə Moldova Sərhəd Polisinin mətbuat katibi Raisa Novitski məlumat verib.

“Ukraynanın Dövlət Sərhəd Xidmətindən olan həmkarları bildiriblər ki, bu cür işlər insanların dövlət sərhədini qanunsuz keçməsinin, eləcə də Ukraynadan Moldovaya qaçaqmalçılığın qarşısını almaq məqsədilə həyata keçirilir”, – katib bildirib.

Teqlər: