Ukrayna MDB-də daha bir sazişdən çıxdı

Ukrayna MDB-də daha bir sazişdən çıxdı

Ukrayna MDB-yə üzv ölkələrin mülki aviasiyasının modernləşdirilməsinə dair sazişdən çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Ali Radasındakı hökumət nümayəndəsi Taras Melniçuk məlumat verib.

O qeyd edib ki, bu qərar milli təhlükəsizlik və respublikanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə qəbul edilib.

Qeyd edək ki, daha öncə Ukrayna Rusiya ilə sərhədyanı ərazilərdə əməkdaşlıq haqqında sazişdən də çıxıb.

Teqlər: