Ukrayna Luqanskı tədricən azad edir – Qayday

Ukrayna Luqanskı tədricən azad edir – Qayday

Ukrayna əsgərləri Luqansk vilayətini inamla azad etməkdə davam edir. İşğalçılar üçün döyüş sursatı daşınmasının logistikası xeyli mürəkkəbləşib.

AzerTimes xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Ordumuz tədricən Svatovo-Kremennoy istiqamətində irəliləyir. Eyni zamanda ruslar Stelmakovka və Makeyevka yaxınlığında uğursuz əks-hücuma keçiblər. Biz R-66 şossesini atəş altında saxlayırıq, bəzən ordumuz fiziki olaraq ora çatmağa və düşmənin texnikasını məhv etməyə müvəffəq olur”, – Qayday bildirib.

Onun sözlərinə görə, Svatovo və Kremennoyun işğaldan azad edilməsindən sonra ruslar Starobelskin müdafiəsinə hazırlaşır:

“Ukrayna Silahlı Qüvvələri bu şəhəri geri qaytardıqdan sonra işğalçılar 2014-2022-ci illərin demarkasiya xəttinə çəkiləcəklər”.

Teqlər: