Ukrayna konfliktində Bakının mövqeyi… – Avropa nəşri

Ukrayna konfliktində Bakının mövqeyi… – Avropa nəşri

Ankara-Bakı əməkdaşlığı Rusiya-Ukrayna müharibəsində mühüm rol oynayır.

AzerTimes xəbər verir ki, bu barədə Avropanın nüfuzlu “EU Reрorter” analitik portalı məlumat yayıb.

“Azərbaycan Ukraynanın Cənubi Qafqazda yeganə strateji müttəfiqidir. Rəsmi Kiyev İkinci Qarabağ müharibəsində Rusiya və Ermənistana qarşı Azərbaycanı dəstəklədi. Azərbaycan xalqı da Ukraynanın necə dəstək verdiyini unutmadı. Azərbaycanın həm Rusiya ilə davamlı möhkəm münasibətləri, həm də Ukraynaya dəstəyi Türkiyə tərəfindən də alqışlanır”, – məlumatda bildirilir.

Portalda eyni zamanda qeyd olunub ki, Türkiyə ilə birgə Azərbaycan və Qazaxıstan beynəlxalq hüququ, dövlətlərin ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirlər:

“Bu ölkələr, məsələn, Rusiyanın Krımı işğalını tanımadı”.

“Türkiyə ilə yanaşı Azərbaycanın bölgədəki mövcudluğu və strateji əhəmiyyəti həm ABŞ, həm də Qərb ölkələri tərəfindən getdikcə daha çox qəbul edilir. Azərbaycanın Türkiyə ilə tərəfdaşlığı açıq şəkildə Ukraynanın da geosiyasi maraqlarına uyğundur”, – portalda qeyd olunub.

Teqlər: