Ukrayna Kirillə sanksiya tətbiq etdi

Ukrayna Kirillə sanksiya tətbiq etdi

Ukrayna Nazirlər Kabineti Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill və daha 7 nümayəndəyə qarşı 10 il müddətinə şəxsi sanksiyaların tətbiqi ilə bağlı təklifləri təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, saksiyalar aktivlərin bloklanması, Ukrayna ərazisindən uçuşların və daşımaların dayandırılması, dövlət əmlakının özəlləşdirilməsində və icarəsində iştiraka qadağa, mədəni mübadilələrin və əməkdaşlığın dayandırılması, rəsmi səfərlərin ləğvi və s. məsələləri əhatə edir.

Teqlər: