Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, tanınmış rusiyalı politoloq Sergey Markov iştirak etdiyi qapalı formatda iclasda gözlənilməz durumla qarşılaşdığını bildirib.
AzerTimes xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində paylaşım edib.
“Ukraynadakı müharibə, inkişaf istiqamətləri ilə bağlı keçirilən müzakirədə iştirak edirəm. Qapalı formatdır. İştirakçıların bəziləri onlayndır. Lakin birdən “VA Zelenski” adlı istifadəçi Ukrayna himnini səsləndirir. Onu bloklayırlar. Sonra “Poroşenko” himni səsləndirir. Beləliklə, hər kəsi bloklamaq lazım gəlir. Nə demək olar?
1. Ukrayna xüsusi xidmət orqanları rusiyalı ekspertləri izləyir.
2. Ukrayna xüsusi xidmət orqanları daha aqressiv olur.
3. Moskva yaxınlığında iki dron bu trenddəndir”, – deyə o bildirib.