Ukrayna “Kalibr” və “Şahid”ləri məhv etdi

Ukrayna “Kalibr” və “Şahid”ləri məhv etdi

Gecə saatlarında Rusiya Ukraynaya raket və kamikadze PUA-ları ilə hücum edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, zərbə cənub və şərq istiqamətlərində endirilib:

“Hücum zamanı Rusiya ordusu dörd “Kalibr” qanadlı raket və dörd “Şahid” kamikadze PUA-sından istifadə edib. Qara dənizdəki sualtı qayıqdan qanadlı raketlər, Azov dənizinin şərq sahilindən isə “Şahid” raketləri buraxılıb. Həmin gecə Ukrayna ordusu atılan bütün raket və dronları məhv edib”.

Teqlər: