Ukrayna İsraildən Dəmir Qübbə alır?

Ukrayna İsraildən Dəmir Qübbə alır?

Ukrayna şəhərlərini və hərbi obyektlərini Rusiyanın raket hücumlarından qorumaq üçün İsraildən Dəmir Qübbə raketdən müdafiə sistemini almaq istəyir.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk deyib.

Onun sözlərinə görə, ABŞ belə bir razılaşmaya müdaxilə etməyəcək.

“Keçən həftə, dəqiq bildiyimə görə, amerikalılar Almaniyadan Ukraynaya ballistik raketlərin ötürülməsinə icazə verdilər, İsrail isə “yox” dedi”.

Teqlər: