Ukrayna İranı məhkəməyə verir

Ukrayna İranı məhkəməyə verir

Ukrayna və tərəfdaşları 2020-ci ilin yanvarında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin İran hərbçiləri tərəfindən vurulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı iddia qaldırır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin dərc etdiyi PS752 Uçuş Qurbanlarına Yardım üzrə Beynəlxalq Koordinasiya Qrupunun birgə bəyanatında deyilib.

Qeyd edək ki, 2020-ci il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boinq 737-800” təyyarəsi Tehran hava limanından qalxdıqdan az sonra İran tərəfindən vurulmuşdu. Hadisə zamanı 176 sərnişin həlak olmuşdu.

Teqlər: