Ukrayna ilə Türkiyə azad ticarət zonası yaradılacaq

Xəbər - Orxan Nəbiyev – Trend:

Ukrayna gələn il Türkiyə ilə azad ticarət zonası yaratmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Biz Türkiyə ilə azad ticarət zonasını 2022-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı rəsmiləşdirməyi planlaşdırırıq”, – deyə Ukrayna prezidenti bildirib.


Qeyd edək ki, Ukrayna və Türkiyə prezidentləri sentyabr ayında BMT-nin Baş Assambleyası çərçivəsində azad ticarət zonasının yaradılması üzrə işlərin sürətləndirilməsi barədə razılığa gəlmişdi.