Ötən həftə 100 yaxın yol nişanı quraşdırılıb – BNA

Xəbər - Fərid Zöhrabov – Trend:

13-19 dekabrın tarixlərində Bakı şəhərində yol hərəkətinin təşkili, eləcə də əlçatanlığın təmin olunması ilə bağlı tədbirlər davam etdirilib.

Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Həftə ərzində 3 yeni kəsişmədə sarı kəsişmə toru nişanlanması təşkil edilib. Nəticədə yol hərəkəti işitrakçılarının rahatlığı və təhlükəsizliyi təmin edilib. 11 küçə və prospektdə 100 yaxın yol nişanı quraşdırılıb. Bununlada həmin ərazilərdə yol nəqliyyat hadisələrinin başvermə riski azaldılıb. Vətəndaş müraciətləri nəzərə alınmaqla 3 küçədə 13 eynsəviyyəli piyada keçidi təşkil edilib.10 küçədə isə eynisəviyyəli piyada keçidləri yenilənib. Görülən bu işlər sayəsində yol şəraiti yaxşılaşdırılıb, piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb, piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin başvermə riski azalıb. 6 küçədə təhlükəsizlik tumbaları quraşdırılmaqla səki boyunca qanunsuz parklanma halları aradan qaldırılıb.

Teqlər: