Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində Ukrayna ilə diplomatik əlaqələrin qurulmasının 30 iliyi münasibəti ilə paylaşım edilib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
“Bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür.
Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!”.