Çində Olimpiadaya gələnlərin arasında 10 koronavirusa yoluxma halı aşkarlanıb

Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarına gələnlərin arasında daha 10 nəfərdə koronavirusa yoluxma aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Olimpiya Oyunlarının Təşkilat Komitəsi bildirib.

Qeyd olunub ki, ötən gün Pekinə 305 nəfər, o cümlədən 190 idmançı gəlib. Keçirilən PSR testləri nəticəsində 6-sı idmançı olmaqla 10 nəfərdə virus aşkar edilib.


Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları Pekində fevralın 4-dən 20-dək keçirilir.