Ukrayna İl-76-nı “Patriot”la vurub – Kartopolov

Ukrayna İl-76-nı “Patriot”la vurub – Kartopolov

Hərbi əsirlərin olduğu İl-76 təyyarəsi 3 raketlə vurulub.

AzerTimes xəbər verir ki, bu iddia ilə Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri Andrey Kartopolov deyib.

“Ukrayna rəhbərliyi gözlənilən mübadilədən yaxşı xəbərdar idi, onlara əsirlərin necə çatdırılacağı barədə məlumat verildi, lakin İl-76 təyyarəsi “Patriot” və ya Almaniya istehsalı olan İRİS-T zenit-raket sistemindən üç raketlə vuruldu. Mütəxəssislər bunu araşdıracaqlar”, – Kartopolov bildirib.

Teqlər: