Ukrayna iki rus və bir naməlum PUA-nı vurdu

Ukrayna iki rus və bir naməlum PUA-nı vurdu

Bu gün Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası Rusiya qoşunlarının şəxsi heyətinin cəmləşdiyi ərazilərə üç zərbə endirib.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Məlumata görə, ukraynalı müdafiəçilər Rusiyanın iki “Şahid-136/131” PUA-sını, bir “Orlan-10” kəşfiyyat təyyarəsini və digər naməlum pilotsuz təyyarəni vurub:

“Raket və artilleriya bölmələri 24 saat ərzində düşmənin canlı qüvvəsinin cəmləşdiyi ərazini, iki yanacaq-sürtkü materialını, iki hava hücumundan müdafiə sistemini, bir artilleriya bölməsini və digər mühüm düşmən hədəfini vurub”.

Teqlər: