Ukrayna Silahlı Qüvvələri iki pilotsuz uçuş aparatından (PUA) istifadə edərək Çernyanski rayonunun Volokonovka kəndinə hücum edib, itki yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında yazıb.
O bildirib ki, bir PUA-nın düşməsi nəticəsində partlayış baş verib və bir infrastruktur obyekti zədələnib.
“Çernyanski rayonunun Volokonovka kəndi iki PUA-nın hücumuna məruz qalıb. Birincinin düşməsi, ardınca partladılması nəticəsində infrastruktur obyektinə ziyan dəyib. İtki yoxdur. İkinci PUA havada məhv edilib”, – deyə o yazıb.