Şəkidə ağır qəza: 5 nəfər ağır yaralandı

Şəkidə ağır qəza: 5 nəfər ağır yaralandı

Şəkidə ağır yol qəzası baş verib.

AzerTimes xəbər verir ki, qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Bildirilib ki, qəza zamanı 5 nəfər – 1989-cu il təvəllüdlü Təbriz Tehran oğlu Hüseynov, 1994-cü il təvəllüdlü Cavad Tehran oğlu Hüseynov, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov, 1949-cu il təvəllüdlü Çingiz Kamal oğlu Səmədov və 1990-cı il təvəllüdlü Turqut Rizvan oğlu Abbaszadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yol qəzası Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mersedes” və “Hyundai” markalı avtomobilləri toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: