Ukrayna iki gündə 10-dan çox rus tankını məhv etdi

Ukrayna iki gündə 10-dan çox rus tankını məhv etdi

Ukraynanın şərqində iki gün davam edən döyüşlərdə rus işğalçılarının 10-dan çox tankı məhv edilib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Dünən Ukrayna Silahlı Qüvvələrinin Hava Desant Hücum Briqadasının 80-ci xüsusi alayının hərbi qulluqçuları üçün düşmənin zirehli texnikasının məhv edilməsi baxımından son dərəcə məhsuldar olub. Şərq istiqamətində düşmənin kütləvi hücumunu dəf edən döyüş nəticəsində hərbi briqadalar ona qoşulmuş bölmələrlə birlikdə 12 rus tankını məhv etdilər! Bu cür taktiki qarşılıqlı fəaliyyət möhtəşəm nəticə verdi”, – Ukrayna Baş Qərargahının məlumatında qeyd edilir.

Eyni zamanda qeyd edilir ki, ilk iki rus tankı hücumun əvvəlində pusquda məhv edilib, növbəti qrup tanklar isə RPQ, NLAW və “Javelin”lərin köməyi ilə yandırılıb, daha ikisi isə artilleriya ilə sıradan çıxarılıb.

“Belə itkilər verən düşmən “quyruğunu qısaraq” geri çəkildi”, – Baş Qərargahdan bildirilib.

Teqlər: