Ukrayna hücum etdi: şiddətli döyüşlər gedir

Ukrayna hücum etdi: şiddətli döyüşlər gedir

Rusiya ordusu Xerson bölgəsində hərbi körpünü qoruyub saxlamağa üstünlük verir, lakin Dnepr üzərində keçid tikmək cəhdi çox riskli əməliyyatdır.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında deyilir.

“Son 48 saat ərzində Ukrayna və rus qoşunlarının Dnepr çayının qərbində, Xerson bölgəsində şiddətli döyüşlər davam edir. Çox güman ki, Rusiya Dnepr çayının qolu olan İnquleç çayı boyunca artilleriya atəşindən istifadə etməklə Ukraynanın hücumunu ləngitməyə çalışır”, – məlumatda deyilir.

Qeyd olunur ki, Dneprdən qərbdə Rusiya qoşunlarının təchizat yolları getdikcə daha çox təhlükə altına düşür.

“Əgər Dneprdən keçmək mümkün olmasa və işğal altındakı Xersondakı rus qoşunları məğlub olsa, bu, Rusiya üçün ciddi hərbi və siyasi geriləmə olacaq”, – hesabatda deyilir.

Teqlər: