Ukrayna ordusu HİMARS sistemləri vasitəsilə Enerqodar şəhərinə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Şəhər administrasiyasının binasına zərbələr endirilib. Bundan başqa, şəhərdəki mülki infrastruktur HİMARS-lar tərəfindən atəşə tutulub. Zərbələr nəticəsində şəhərin girişindəki körpü, “Luç” yarımstansiyası zədələnib”, – məlumatda qeyd olunub.
Zərbələr zamanı tələfatın olmadığı bildirilib.