Ukrayna hərbçiləri bu ərazilərdə irəlilədi

Ukrayna hərbçiləri bu ərazilərdə irəlilədi

Ukrayna qoşunları əks-hücum əməliyyatlarını davam etdirərək Zaporojye vilayətinin qərbində Verbovoy yaxınlığında, eləcə də Klişeyevka və Andreyevka yaxınlığında irəliləyiblər.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Ukrayna qoşunları Verbovoydan qərbdə (Orexovdan 18 km cənub-şərqdə), həmçinin Klişeyevka (Baxmutdan 5 km cənub-qərb) və Andreyevka (Baxmutdan 10 km cənub-qərb) yaxınlığında qismən uğur qazanıblar. Rusiyalı hərbi blogerlər yağışların Ukraynanın cənubunda görmə qabiliyyətini azaltdığını, Rusiya və Ukraynanın kəşfiyyat PUA əməliyyatlarına mane olduğunu iddia ediblər. Bir rus əsgəri yerin tam islandığını və maşınların hərəkətinə mane olduğunu iddia etsə də, başqa biri yerin hələ ağır texnikanın hərəkətinə mane olacaq qədər palçıq olmadığını qeyd edib”, – məlumatda deyilir.

Qeyd olunur ki, Rusiya qoşunları Qulyaypolyenin cənubunda lokallaşdırılmış hücum əməliyyatlarına başlayıblar:

“Ehtimal ki, Cənub Qüvvələr Qrupunu yenidən təşkil ediblər”.

Teqlər: