Rusiya ordusu Ukrayna hava məkanına iki qrup “Şahid” PUA göndərib.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Nikolayev hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.
Dnepropetrovsk Vilayət Şurasının rəhbəri Nikolay Lukaşuk da dron hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edib:
“Mopedlərin təhlükəsi… Biz Ukrayna Silahlı Qüvvələrinə inanırıq”.
Qeyd edək ki, artıq bəzi ərazilərdə hava xəbərdarlığı elan edib. Sosial şəbəkələrdə Dnepropetrovsk vilayətində partlayış səsləri ilə bağlı xəbərlər yayılsa da, rəsmi olaraq təsdiqlənməyib.