Ötən il neçə ukraynalı rus əsirliyindən azad edilib?

Ötən il neçə ukraynalı rus əsirliyindən azad edilib?

Keçən il hərbçilər və mülki şəxslər də daxil olmaqla, 1600-ə yaxın ukraynalı rus əsirliyindən azad edilib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna İnteqrasiya Nazirliyinin Teleqram kanalında məlumat verilib.

“Ümumilikdə 2022-ci ildə 1464 hərbi qulluqçu və 132 mülki şəxs Rusiya əsirliyindən azad edilib. Əsirlərin dəyişdirilməsi Prezident Administrasiyası, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti və Reinteqrasiya Nazirliyinin birgə səyləri ilə baş tutub”, – məlumatda deyilib.

Teqlər: