Avropa İttifaqı Şurası Avropa Komissiyasına Ukrayna, Gürcüstan
və Moldovanın Aİ-yə üzvlüklə bağlı müraciətlərinin
qiymətləndirilməsini təqdim etməyi tapşırıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) dövlət və
hökumət başçılarının Aİ-nin Versalda keçirilən qeyri-rəsmi
sammitinin birinci gününün yekunları əsasında qəbul edilən
bəyanatında deyilib.
Bəyanatda qeyd edilib ki, Aİ “Avropa ailəsinə mənsub olan”
Ukrayna ilə əlaqələri gücləndirməyə davam edəcək.
Həmçinin Aİ-nin Ukraynaya siyasi, maliyyə, maddi və humanitar
dəstəyi davam etdirəcəyi vurğulanıb.