Ukrayna gəmi əleyhinə raket sistemləri ala bilər

Ukrayna gəmi əleyhinə raket sistemləri ala bilər

Ukrayna Polşadan dəniz və quru hədəflərini vura bilən gəmi əleyhinə raket sistemləri ala bilər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Hazırda məsələ ilə bağlı danışıqların getdiyi bildirilib.

NDR sistemi Norveçin “Kongsberg” şirkətinin istehsalı olan NSM (Naval Strike Missile) raketləri ilə təchiz edilib. Bu raketlər 200 km-dən çox məsafədə yerləşən gəmiləri və yerüstü hədəfləri vurma qabiliyyətinə malikdir.

Teqlər: