Ukrayna futbol çempionatı bu tarixdə bərpa olunacaq

Ukrayna futbol çempionatı bu tarixdə bərpa olunacaq

Ukraynada peşəkar futbol turnirləri avqustda bərpa olunacaq.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəhbəri Andrey Pavelko məlumat verib.

Onun sözlərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ilə müzakirə aparıb:

“Futbol insanlara böyük təsir göstərir və onlara gələcək haqqında düşünməyə kömək edə bilər. Ona görə də prezident və mən qərara gəldik ki, avqustda Ukrayna çempionatını bərpa edək”.

Teqlər: