Ukrayna əsgərlərinin maaşını da ABŞ ödəyir – Azarov

Ukrayna əsgərlərinin maaşını da ABŞ ödəyir – Azarov

Ukrayna ordusu tamamilə Qərbin silah və maliyyə dəstəyindən asılıdır, onlarsız məğlubiyyətə uğrayacaq.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov deyib.

“Ukrayna ordusu tamamilə Avropa və ABŞ silahlarının təchizatından asılıdır. Ukraynanın özünün mərmi, patron, atıcı silah istehsalı yoxdur. Yeri gəlmişkən, ukraynalı əsgərlərin maaşları da ABŞ büdcəsindən ödənilir. Belə bir ordu ancaq xarici təchizatdan asılı ola bilər. Logistika və təchizat yollarını bağlasanız, Ukrayna ordusu qeyd-şərtsiz məğlubiyyətə düçar olacaq”, – Azarov bildirib.

Teqlər: