Kiyev əks-hücum etmək üçün kifayət qədər sursatının olmadığını başa düşürdü, lakin gecikməyə vaxtı yox idi.
AzerTimes xəbər verir ki, bu barədə “Quardian” nəşrinin analizində bildirilib.
Müəllifin fikrincə, Kiyev əks-hücumunu təxirə sala bilmədi, çünki Qərbdə narazılıq və yorğunluq artmağa başlamışdı:
“Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı və onun yüksək rütbəli zabitləri bilirdilər ki, əks-hücum əməliyyatına başlamaq üçün həqiqətən lazım olan resursları yoxdur, lakin vaxtları tükənmək üzrədir”.
Qeyd olunur ki, Ukrayna komandanlığı rus qoşunlarının “səngərləri tərk edib qaçacağına” ümid bəsləsə də, ümidləri doğrulmayıb.