Polşa Belarus helikopterlərini niyə vurmayıb?

Polşa Belarus helikopterlərini niyə vurmayıb?

Avqustun 1-də Belarusun iki hərbi helikopteri Polşanın hava məkanını qanunsuz keçib. Bununla belə, həmin helikopterləri vurmağa ehtiyac yox idi.

AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Aleksandr Musienko deyib.

“Obyektiv desək, Polşa Belarus helikopterlərini vura bilməzdi. Xüsusilə də onların aşağı hündürlükdə uçduqlarını və aşkarlanmasının çətin olduğunu nəzərə alsaq. Qəribədir ki, Polşa tərəfinin Belarusdakı hərbi təlimlərdən və yaxınlıqda minlərlə vaqnerçinin olmasından məlumatı olsa da, sərhədi güclü nəzarətə götürməyib. Amma anlamalıyıq ki, növbəti dəfə helikopterlər daha böyük məsafəyə uça bilərlər. Onda Polşa hakimiyyəti yeni problemlə üzləşməli olacaq”, – Musienko bildirib.

Qeyd edək ki, Belarus Polşanın hava məkanını pozduğu barədə iddiaları təkzib edib.

Teqlər: