Ukrayna Donbası bu şərtlə azad edəcək – Stoltenberq

Ukrayna Donbası bu şərtlə azad edəcək – Stoltenberq

Ukraynalılar cəsarətlə özlərini müdafiə edirlər və gələcəkdə Donbasın işğalçılar tərəfindən ələ keçirilən hissəsini azad edə bilərlər.

AzerTimes xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, bu ssenarinin həyata keçməsinin əsas şərti Qərbin verəcəyi silahdır:

“Baxmayaraq ki, Donbasda döyüşlər Rusiya tərəfindən artan vəhşiliklə aparılır, Ukrayna əsgərləri cəsarətli müqavimət göstərirlər. Daha müasir silahlarla Ukraynanın yenidən Putinin qoşunlarını Donbasdan çıxara bilməsi ehtimalı artır. NATO Ukraynanın müdafiə səylərini dəstəkləməyə davam edəcək, lakin münaqişənin bir hissəsi olmayacaq”, – Stoltenberq bildirib.

Teqlər: