Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Rusiya
qoşunlarının fevralın 25-də Kiyevə hücum etməyə planlaşdırdığını
bildirib.
Trend-in
məlumatına görə, bu barədə o, sosial şəbəkədə yazıb.
“Ən ağır gün bu gün olacaq. Düşmənin planı tank dəstələri ilə
İvankov və Çerniqov istiqamətindən Kiyevə hücum etməkdir”, – deyə o
yazıb.
Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Dimer və
İvankov yaşayış məntəqələri yaxınlığında döyüşlərin getdiyini
bildirib.