Azərbaycan neftinin qiyməti 106 dolları keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti fevralın 24-də 106,22
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,42
dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 105,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 5,11 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
91,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16
dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 106,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
6,03 dollar/barel çoxdur.

Teqlər: