Ukrayna daxili işlər nazirinin vəzifəsini kim icra edəcək?

Ukrayna daxili işlər nazirinin vəzifəsini kim icra edəcək?

Ukrayna daxili işlər nazirinin vəzifəsini müvəqqəti olaraq polis generalı İqor Klimenko icra edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal məlumat verib.

O vurğulayıb ki, Klimenko daxili işlər nazirinin müavini təyin olunub.

Qeyd edək ki, bu gün Brovarı şəhərində helikopter qəzasında daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olublar.

Teqlər: