Ukrayna daha 64 əsiri geri aldı

Ukrayna daha 64 əsiri geri aldı

Dekabrın 14-də Ukrayna və Rusiya arasında əsirlərin növbəti mübadiləsi keçirilib, 64 hərbçi qaytarılıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

“Sərbəst buraxılan döyüşçülər arasında Donetsk və Luqansk istiqamətində döyüşmüş, xüsusən Baxmut şəhərinin müdafiəsində iştirak etmiş müdafiəçilər də var. Bunlar zabitlər, sıravilər və çavuşlardır”, – Yermak bildirib.

Teqlər: