Dekabrın 6-da Ukrayna və Rusiya arasında əsirlərin növbəti mübadiləsi keçirilib, 60 ukraynalı hərbçi qaytarılıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak deyib.
“Növbəti dəfə əsirlərin mübadiləsi aparıldı. Ukrayna Silahlı Qüvvələri Günündə 60 döyüşçü – 58 kişi və 2 qadın, o cümlədən 15 zabit, 45 sıravi əsgər və serjant öz evinə qayıdır”, – deyə A.Yermak bildirib.