Pelenin son durumu açıqlandı

Pelenin son durumu açıqlandı

Braziliya millisinin sabiq futbolçusu, üçqat dünya çempionu Pelenin son durumuna aydınlıq gəlib.

AzerTimes-ın məlumatına görə, bu barədə veteran hücumçunun müalicə aldığı xəstəxanadan bildirilib.

Qeyd olunub ki, Pelenin səhhəti getdikcə yaxşılaşır:

“Xəstənin durumunda müsbət dinamika müşahidə olunur. O, adi palatada qalır, həyati göstəriciləri sabitdir. Şüuru yerindədir, yeni fəsadlar yoxdur”.

Xatırladaq ki, daha əvvəl bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin vəziyyətinin pisləşdiyi və artıq kimyaterapiyaya cavab vermədiyi bildirilib.

Teqlər: