Ukrayna bunu etsə, ruslar məhv olacaq!

Ukrayna bunu etsə, ruslar məhv olacaq!

Ukrayna Silahlı Qüvvələri indi rusların müdafiəsində ən zəif həlqəni müəyyən etməlidir. Bundan sonra məhz Xerson istiqamətinə hücuma keçmək üçün əsas səyləri ora yönəltməlidir.

AzerTimes xəbər verir ki, bunu israilli hərbi ekspert, İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan zabiti Viktor Verçner deyib.

Ekspertin fikrincə, ukraynalılar əks-hücum zamanı köməkçi qüvvələrdən istifadə etməlidir ki, onların istiqaməti tez aşkarlanmasın.

Verçnerin sözlərinə görə, Rusiyanın müdafiə üzrə hərbi doktrinası üç komponentdən təşkil olunub:

“Buna üç müdafiə xətti daxildir ki, bunlardan birincisi çox güclü deyil, həmişə zəifdir. İkincisi bir az güclü, üçüncüsü isə ən güclüsüdür. Onlar üç müdafiə xəttindən birində Ukrayna qoşunlarını dayandırıb, həmin xəttdən əks-hücum etməyə çalışacaq. Bu, çox sadə strategiya olsa da, ruslar bundan həmişə istifadə edib. Əgər dayana bilməsələr, demək ki, müdafiə qırılıb. Yox, ukraynalılar müdafiəni yarsalar və hər üç xətti keçsələr, onda müdafiənin qalan hissəsi də dağılacaq”.

Teqlər: