Ukrayna buna görə rusları Krıma sıxışdırdı – Rıjenko

Ukrayna buna görə rusları Krıma sıxışdırdı – Rıjenko

Gəmi əleyhinə silahların tədarükü sayəsində Ukrayna ordusu rusları Krıma geri sıxışdıra bilib. Bununla belə, onlar hələ də qanadlı raketlərlə ərazimizi vura bilərlər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Andrey Rıjenko deyib.

“Britaniya kəşfiyyatının hazırladığı məlumata iki tərəfdən baxmaq olar. Birinci tərəf, rusların həqiqətən də problemlərinin olduğu vurğulanır. Problemlər onların “xüsusi hərbi əməliyyat” zamanı verilən tapşırıqların yerinə yetirilməsini çətinləşdirir. Bu, mümkündür. İkinci tərəfdən də deyirlər ki, Ukrayna gəmi əleyhinə sistemlər sayəsində rusları Krımda sıxışdıra bilib. Rus gəmiləri əslində Krımın yaxınlığında, hava hücumundan müdafiə sistemlərinin mühafizəsi altında sahilə çox yaxın yerdə yerləşirlər. Amma bu, hələ də uzaq mənzilli raketlərdən istifadə etməklə Ukraynaya zərbə endirməyə imkan verir”, – o bildirib.

Teqlər: