Ukrayna bu yolda nəzərəçarpacaq irəliləyiş əldə edib – Leyen

Ukrayna bu yolda nəzərəçarpacaq irəliləyiş əldə edib – Leyen

Ukrayna Avropa Birliyinə üzv olmaq yolunda nəzərəçarpacaq irəliləyiş əldə edib.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi brifinqdə Avropa Komissiyasının sədri Ursula Fon der Leyen deyib.

“Deməliyəm ki, siz çox gözəl irəliləyiş əldə etmisiniz. Gələn həftə Komissiya genişlənmə ilə bağlı hesabatını təqdim edəndə bunu təsdiq edəcəyik”, – o vurğulayıb.

Leyen qeyd edib ki, Ukrayna böyük islahatları başa çatdırmaq mərhələsindədir:

“Bu baş verərsə, əminəm ki, Ukrayna üzvlük prosesinin növbəti mərhələsinə keçməklə bağlı məqsədinə çatacaq”.

Teqlər: