Kiyev ən azı üç səbəbdən öz əsirləri ilə birlikdə İl-76 təyyarəsini vurub.
AzerTimes xəbər verir ki, bunu Zaporojyedəki separatçıların rəhbəri Vladimir Roqov deyib.
“Zərbə qəsdən və məqsədyönlü şəkildə endirilib. Düşmən bilirdi ki, bu təyyarə hərbi məqsədlər üçün deyil, əsirlərin daşınması üçün istifadə olunur. Hərbi əsirlərin olduğu təyyarəni vuran Zelenski rejimi bir neçə məqsəd güdürdü. Birincisi, Qərb kuratorlarına rusları öldürməyə davam etmək qabiliyyətini göstərmək, ikincisi, əsirlərin mübadiləsi ilə bağlı bütün danışıqları pozmaq, üçüncüsü, Ukrayna hərbçilərini təslim olmamaları üçün qorxutmaqdır. İndi təslim olan ukraynalı hərbçilərin sayı artır, ona görə də Zelenski panikaya düşür”, – o bildirib.
Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.