Rusların Donetskdəki poliqonu vuruldu: ölənlər var

Rusların Donetskdəki poliqonu vuruldu: ölənlər var

Ukrayna ordusu Donetsk vilayətinin İlovaysk rayonunda rus ordusunun hərbi poliqonuna raket zərbələri endirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Telqram kanalları məlumat yayıb.

“Yanvarın 24-də Pokrovka kəndi yaxınlığındakı hərbi poliqonun atəşə tutulması nəticəsində ölən və yaralanan hərbçilər var. Onların sayı dəqiqləşdirilir”, – məlumatda qeyd olunub.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Teqlər: