Ukrayna bu partlayışı törədə bilməzdi – Rus ekspert

Ukrayna bu partlayışı törədə bilməzdi – Rus ekspert

Ukraynanın “Şimal axını”nı qaz kəmərinin fəaliyyətini pozmaq kimi mürəkkəb əməliyyatı müstəqil həyata keçirəcək mütəxəssisləri və texniki imkanları yoxdur.

AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Aleksey Leonkov deyib.

“Bu, absurd fikirdir. Çünki bunu yazanlar “Şimal axını”na zərbə vuran bu qədər mürəkkəb dəniz əməliyyatlarından uzaqdırlar. Bu, sadəcə yalançı izdir, onlar (Qərb – red.) eyni yalan cığırı açıblar. Krım körpüsünü partlatmaq da daxil olmaqla, bu versiya hazırlıqsız oxucu üçün nəzərdə tutulub”, – Leonkov bildirib.

Ekspert qeyd edib ki, qaz kəməri borusunun ətrafı təxminən 40-60 sm qalınlığında xüsusi betonla örtülü olub:

“Həmin nöqtəyə çatmaq və onu partlatmaq üçün yüksək səviyyəli mütəxəssislər və texniki imkanlar lazımdır. Bundan əlavə, dəniz axınlarını nəzərə alan partlayıcı maddələrlə belə dərinlikdə qüsursuz partlayışın təşkil olunması da bütöv bir elmdir”.

Qeyd edək ki, “Şimal axını” kəmərində Ukraynanın birbaşa iştirakının mümkünlüyü barədə iddialar səsləndirilib.

Teqlər: