Ukrayna, Polşa və Litvanın baş nazirləri Ukraynaya gələcək dəstək və beynəlxalq hüquqi nizama dair birgə bəyanat imzalayıblar.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Lublin üçbucağı” 2020-ci ilin iyulunda Polşanın Lyublin şəhərində Ukrayna, Polşa və Litva arasında siyasi, iqtisadi və sosial əməkdaşlıq üçün yaradılıb.
Alyansın əsas məqsədi ölkələr arasında dialoqu gücləndirmək, Ukraynanın AB-ə inteqrasiyasını dəstəkləməkdir.