Ordumuz erməni mövqelərinə zərbələr endirib? – MN

Ordumuz erməni mövqelərinə zərbələr endirib? – MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 26-sı saat 21:30-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti uyğun deyil.

Bu barədə AzerTimes-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.

Teqlər: