Ukrayna bu istiqamətdə 500 rus hərbçini məhv etdi

Ukrayna bu istiqamətdə 500 rus hərbçini məhv etdi

Ukrayna ordusu son sutkada Tavriya istiqamətində 500-dən çox rusiyalı hərbçini məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Birləşmiş Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ümumilikdə son sutkada Rusiya Tavriya istiqamətində 17 hava zərbəsi və 1 raket zərbəsi endirib, 1056 artilleriya atəşi həyata keçirib və 61 toqquşma olub.

Teqlər: