Ukrayna bu hücum taktikası ilə ağır itkilər verir

Ukrayna bu hücum taktikası ilə ağır itkilər verir

Ukrayna Silahlı Qüvvələri cəbhədən hücumlar həyata keçirmək üçün canlı qüvvə və texnika da daxil olmaqla, resurs çatışmazlığı yaşayır.

AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, ehtiyatda olan birinci dərəcəli kapitan Vasili Dandıkin deyib.

“Cəbhədə hücumlar – bunlar həm də ət hücumları adlanır ki, insanlar hərbi maşınlardan atılır və mövqelərimizə hücuma keçirlər. Nəticədə isə ağır itkilər verirlər”, – Dandıkin bildirib.

Onun sözlərinə görə, bu, Donetsk və Zaporojye istiqamətlərində baş verir.

O iddia edib ki, Ukrayna Kupyansk istiqamətində də belə taktikalardan istifadə etməyə çalışır.

Teqlər: