Ukrayna bu halda Krıma daxil olacaq

Ukrayna bu halda Krıma daxil olacaq

Ruslar Melitopolu itirən kimi Ukrayna qüvvələri Kremlin müvəqqəti işğal etdiyi Krıma yaxınlaşacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Melitopol “yıxılırsa”, Xersonun bütün müdafiəsi dağılır. Ukrayna ordusu Krımla sərhədə doğru yaxınlaşıb. Düşünürəm ki, ruslar Melitopolda böyük miqdarda maddi ehtiyat saxlayır”, – o bildirib.

Onun fikrincə, rusların orada heç bir şansı yoxdur, baxmayaraq ki, orada rus ordusunun ən azı 12 BTQ-si cəmləşib:

“Orada vəziyyət ağırdır, bütün xətt üzrə döyüşlər gedir”.

Teqlər: