Ukrayna bu əməliyyatlarla gücünü göstərir – General

Ukrayna bu əməliyyatlarla gücünü göstərir – General

Ruslar Ukraynanın şərqinin müxtəlif bölgələrində az taktiki uğur əldə ediblər, lakin onların strateji hədəfləri iflasa uğrayıb.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.

ABŞ generalı qeyd edib ki, Rusiya öz strateji məqsədlərinə səhvləri, Ukrayna hərbçilərinin və xalqının cəsarəti, eləcə də Ukraynaya beynəlxalq dəstəyi sayəsində nail ola bilməyib.

Milli bildirib ki, Ukrayna ordusu Rusiyanın müharibə strategiyasına uyğunlaşıb:

“Ukraynalıların silahlanmada və şəxsi heyətinin sayında ruslardan kəmiyyətcə geri qalmasına baxmayaraq, onlar öz ölkələrinin və azadlıqlarının müdafiəsi üçün ən yaxşı taktiki bacarıq və böyük iradə nümayiş etdiriblər.

Ölkəyə yardımlar gəlir. Biz görürük ki, ukraynalılar onlara təmin etdiyimiz silah sistemlərini Silahlı Qüvvələrin manevrləri, əla komanda və idarəetmə ilə necə effektiv şəkildə birləşdiriblər və istənilən nəticəni əldə edirlər. Ukraynanın cənubdakı son əməliyyatlarının necə inkişaf etdiyini görürük”.

Teqlər: