Ukrayna bu deputatların mandatını ləğv edir

Ukrayna bu deputatların mandatını ləğv edir

Ukrayna Ali Radası 10-a yaxın deputatın mandatını ləğv edəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk deyib.

“Ona yaxın deputat Ukrayna ərazisini tərk edib və hələ də parlamentdəki işlərinə qayıtmayıb”, – Stefançuk bildirib.

Onun sözlərinə görə, həmin deputatlar Ali Radada tutduqları bütün vəzifələrindən uzaqlaşdırılıblar və onlara maaş da verilmir.

Teqlər: